AZ

TAP kəməri ilə Avropaya 40 milyard kubmetrdən çox qaz nəql edilib

Azərbaycanın təbii qazını Avropa bazarlarına çatdıran TAP boru kəməri ilə ticarət əməliyyatlarının başlandığı gündən bu vaxtadək “köhnə qitə”yə 40 milyard kubmetrdən çox qaz nəql edilib.

Avropanın enerji təhlükəsizliyini və davamlılığını dəstəkləyən boru kəməri ilə 2026-cı ilə qədər ildə əlavə 1,2 milyard kubmetr qaz nəql olunması gözlənilir. TAP hazırda İtaliyanın enerji tələbatının ödənilməsinə mühüm töhfə verir.

Qeyd edək ki, TAP kommersiya qaz nəqlinə 2020-ci ilin dekabrında başlayıb. Boru kəməri Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından çıxarılan təbii qazı Avropaya çatdırır. TAP Türkiyə-Yunanıstan sərhədində TANAP boru kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənubunda sahilə çıxır.

Boru kəməri perspektivli interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü asanlaşdıracaq. TAP-ın Yunanıstan və Albaniyadakı çıxışları, İtaliyaya uzanması ilə birlikdə Azərbaycan qazının daha geniş Avropa bazarlarına nəqli üçün çoxsaylı imkanlar yaradır. TAP Cənub Qaz Dəhlizinin əsas hissəsi kimi Avropa üçün strateji və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir.

AZƏRTAC

Seçilən
25
7
vergiler.az

10Mənbələr