AZ

Cümə günü üçün hava proqnozu

Oktyabrın 18-də Bakıda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 14-16 dərəcə, gündüz 17-19 dərəcə isti olacaq. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Ölkənin rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı proqnozlaşdırılır. Arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 11-15 dərəcə, gündüz 16-19 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə, gündüz 7-11 dərəcə isti olacağı bildirilir.

Seçilən
6
33
turan.az

10Mənbələr