"Dünən mənim doğum günü idi. O, mənim doğum günümə əbədi hədiyyə qoyub getdi".
Hurriyyet.Az xəbər verir ki, bu sözləri Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədova Oxu.Az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, oktyabrın 18-i T.Əhmədovun xəstəliyinin 4 ili idi:
"İnsanıq. Bütün hadisələr insanın başına gəlir. Heç kəs heç nə dən sığortalanmayıb , bilinmir 5 dəqiqədən sonra nə olacaq, sabah nə baş verəcək. Getdi, daha bir də qayıtmaz".
S.Əhmədova bildirib ki, Tağı Əhmədov uşaq ürəyinə sahib biri olub:
"Çox gözəl insan idi. Onu kobud qaba adlandırırlar amma onun ürəyi uşaq ürəyi kimi idi. Nə bilim. İncisə də tez barışardı. Ailədə mehriban idi.
Özü o cür xəstə idi, ancaq mənimlə maraqlanırdı. Səhhətimdə yaranan problemi soruşurdu".
Qeyd edək ki, Tağı Əhmədov oktyabrın 18-i axşam saatlarında 75 yaşında vəfat edib.