AZ

Biz İrəvanla Bakının gələcəyini düşünməliyik - Lukaşenko

“Postsovet məkanı KTMT-nin məsuliyyət zonası da daxil olmaqla, münaqişələrlə əlamətdar olan çətin bir dövrdən keçir”.


Modern.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetovla görüşündə bəyan edib.


Onun sözlərinə görə, indi KTMT-nin noyabrın 23-də yekun sessiyası keçirilməsi planlaşdırılır.

“Ümid edirəm ki, Minskdə hərbi-siyasi təşkilat çərçivəsində keçirilən bu tədbir KTMT üzvlərinin müdafiəsi və təhlükəsizliyi üçün səylərimizin artırılmasına töhfə verəcək”, - o hesab deyb.

Lukaşenko xatırladıb ki, Mərkəzi Asiya regionunda Düşənbə ilə Bişkek arasındakı münaqişəli vəziyyəti həll etmək mümkün olub.

“İndi Ermənistan və Azərbaycanın gələcəyi haqda düşünmək lazımdır”, - Lukaşenko bildirib.

Belarus lideri əlavə edib ki, postsovet məkanında problemlər bir-iki ildən çoxdur ki, yığılıb qalır.

Ümumiyyətlə, o, postsovet məkanında vəziyyətin sakitləşməsi tendensiyası olduğunu qeyd edib.

Seçilən
884
50
modern.az

10Mənbələr