AZ

Bu müəllimlər işdən çıxarılacaq? – Rəsmi açıqlama

Bu gün ilk dəfə dövlət məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilmə həyata keçirilir.

NOCOMMENT.az Modern.az-a istinadən xəbər verir ki, prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunur.

Ümumilikdə prosesdə azərbaycan, rus və gürcü dillərində tədris aparan 13 000-ə yaxın tərbiyəçi-müəllim və metodistin iştirakı nəzərdə tutulur.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova jurnalistlərə açıqlamasında deyib ki, məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir.

O bildirib ki, diaqnostik qiymətləndirmə ilə bağlı ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə daha əvvəl maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub.

“Diaqnostik qiymətləndirmənin test imtahanı mərhələsində iştirakçılar 4 istiqamət üzrə hazırlanmış 60 suala cavab verirlər. 120 dəqiqə ərzində məzmun və metodika, təhlükəsizlik, pedaqoji etika və əməkdaşlıq, özünüinkişaf mövzularını əhatə edən sualları cavablandırılır. Hər düzgün sual 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq edilir. Diaqnostik qiymətləndirmənin nəticəsi məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin təlim ehtiyaclarını müəyyən edəcək”.

Şöbə müdirinin sözlərinə görə, diaqnostik qiymətləndirmənin əsas məqsədi sertifikatlaşdırmaya hazırlıq və tərbiyəçi-müəllimlərin təlim ehtiyaclarını müəyyən etməkdir. O bildirib ki, burada heç bir inzibati tədbirdən söhbət getmir. “Dünən diaqnostik qiymətləndirilməyə hazırlıq məqsədilə simulyasiya təşkil edilib. Simulyasiya müxtəlif şəhər və rayonlar üzrə 28 mərkəzdə keçirilib”.

phrase_var_article.chosen
56
34
nocomment.az

10phrase_var_article.sources