“Mən demək olar ki, efirlərimizə baxmıram. Bizim sosial verilişlər utancverici səviyyədədir. Kütlənin səviyyəsi gör nə qədər aşağıdır ki, o, efirdən sosial verilişlərə baxır. Əgər veriliş reytinq toplayırsa demək ki, o tip verilişlərə baxan var”.
OLAY yazır ki, bu sözləri Xalq artisti İlham Namiq Kamal qonaq olduğu “YouTube”da yayımlanan “Künc-Bucaq” layihəsində deyib.
İctimai – sosial verilişləri qınayan Akademik Musiqili Teatrının aktyor həmkarlarının o proqramda iştirak etməsinə sərt reaksiya bildirib:
“Mən yalnız AzTV, Mədəniyyət və İctimai televiziyanın efirinə çıxıram. Kanallar var ki, məni orada yalnız bir veriliş maraqlandıra bilər və ora gedə bilərəm. İnsan illərlə hörmət qazanır. Amma o verilişlərə çıxaraq o hörməti bir anın içində itirə bilərsən. Niyə ora gedim və hörmətimi itirim? Müəyyən sosial verilişlər var ki, həmkarlarım orada iştirak edirlər. Baxıb görürəm ki, onlarda qoşulublar o verilişə gələn insanlara. Fikirləşirəm ki, həmin sənət adamının yiyəsi, övladı, həyat yoldaşı yoxdur ki, desin ana sən o verilişə niyə getmisən? Ayıb deyil?”