AZ

Reabilitasiya mərkəzində xəstələrə əzab verənlər bəraət istəyirlər

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"New Life" reabilitasiya mərkəzinin xəstələrə əzab verməkdə ittiham olunan əməkdaşlarının barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 21-nə təyin edilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Famil Rzayev səkkiz il, Orucəli Əliheydərov və Elvüsal Hüseynov yeddi il, Qənbər Həsənov altı il altı ay, Sərxan Əliyev isə altı il müddətinə azadlıqdan məhrum ediliblər. Bundan başqa, dəymiş ziyana görə O.Əliheydərovun şəxsi avtomobili, E.Hüseynovun yaşadığı evin ona düşən hissəsi müsadirə olunub.
Qeyd edək ki, "New Life" Novxanı qəsəbəsində fəaliyyət göstərib. Mərkəzdə dünyada narkotik, alkoqol və digər asılılıqların müalicəsində tətbiq olunan "12 addım" proqramından istifadə olunub. Mərkəzin rəhbəri O.Əliheydərov, digər əməkdaşları - E.Hüseynov, F.Rzayev, S.Əliyev və Q.Həsənov pasiyentlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar. İddia edilir ki, işgəncə nəticəsində Hüseyn Məmmədov adlı pasiyent ölüb. Zərərçəkmişlərə münasibətdə suda boğma, yüksəklikdən asma, bağlı qapı arxasında saxlama kimi işgəncə növlərindən istifadə edilib. Dəstə üzvləri Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrumetmə) maddələri ilə təqsirləndirilirlər. E.Hüseynov, O.Əliheydərov və F.Rzayevə, həmçinin, Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib.
Seçilən
11
21
oxu.az

10Mənbələr