AZ

AYNA rəsmisi: "Nəqliyyat infrastrukturu standartlarımız sovet dövründən qalıb, yenilənməyib"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycanda nəqliyyat infrastrukturunda zolaqların ölçüsü, xətlər, nişanlar və digər məsələlərlə bağlı standartlar yenilənməyib".
Bunu APA-ya açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı regional idarəsinin müdiri Tərlan Səfərov deyib.
O, bildirib ki, ölkədə tətbiq edilən standartlar sovet dövründən qalıb:
"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu istiqamətdə iş aparır. Müəyyən standartlar təqdim edilir və təsdiqlənir. Amma ümumilikdə, bir çox hallarda Rusiyanın yeni təsdiq olunmuş standartlarına baxmağa məcbur oluruq. Eyni zamanda, Avropa ölkələrinin təcrübələrinə baxırıq. Bu təcrübələri ölkəmizdə tətbiq edəndə həmişə onların pilot layihə olduğunu deyirik və həmin standartların bizim yerli standartlara əlavə olunması barədə müvafiq müraciətlər edirik".
"AYNA olaraq ABŞ şirkəti ilə əməkdaşlıq edirik. Bütün layihələrdə onların hansısa formada iştirakı həyata keçirilir. Eyni zamanda bizim kollektivdə rusiyalı, türkiyəli, qazaxıstanlı mütəxəssislər də var", - deyə o, əlavə edib.
Seçilən
55
50
oxu.az

9Mənbələr