AZ

Mehriban Abasquliyevanın məhkəməsi təxirə salındı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Cinayət Məcəlləsinin 225.3, 308.2-ci maddələri ilə təqsirləndirilən şəxslər- Abasquliyeva Mehriban Adil qızı, Əhmədli  Elnur Bəylər oğlu və Mustafayev Hamlet Ziyadxan oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, Mehriban Abasquliyevanın vəkilləri iştirak etmədiyindən məhkəmə prosesi təxirə salınıb. Belə ki, vəkil Muxtar Mustafayev xəstə olduğundan, Əlövsət Abasovda üzürsüz səbəbdən  iştirak etmədiyindən proses təxirə salınıb. 
Məhkəmə prosesi 25 noyabr tarixinə kimi təxirə salınıb. 

Xatırladaq ki, bu il yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, istintaqla müəyyən olunub ki, "Respublika Perinatal Mərkəzin" Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib. 

Qeyd edək ki, hər üç şəxs barəsində "polis nəzarəti altına vermə" qətimkan tədbiri seçilib./unikal.az

Seçilən
58
2
bakivaxti.az

10Mənbələr