Xalq artisti Tünzalə Ağayevanın instaqram paylaşımı müzakirələrə səbəb olub.
Dərgi.az xəbər verir ki, pop ulduz bu dəfə qəzetdən hazırlanan plaşla kamera qarşısısına keçib. O bu addımı ilə media nümayəndələrinə öz təşəkkürünü bildirib.
Estrada ulduzu paylaşımına: “24 illik sənət və yaradıcılığım haqqında yazılanları artıq trençimin üzərində daşıyacağam. Bu jurnalist dostlarıma vəfa və sevgi jesti olsun” deyə, qeyd edib.
Layihənin baş prodüseri Yalçın Cabbarov, ideya isə dizayner Lali Rüstəmovaya məxsusdur. Saç va makiyaj stilist Sabir Bağırova, staylinq isə Şamxal Ramazanlıya aiddir.