AZ

Nokia əfsanə modeli geri qaytarır

Bir vaxtlar satış rekordları qıran əfsanəvi telefon Nokia 2300 modeli yeni versiyada yenidən bazara çıxacaq. Metbuat.az xəbər verir ki, Nokia brendinin lisenziyasına sahib olan “HMD Global” əfsanəvi brendin nostaji cihazlarını yeniləyir. Məlumata görə, bundan əvvəl şirkət məşhur telefonlardan bəzilərini modernləşdirərək yenidən istehlakçılara təqdim etmişdi. Bildirilir ki, Nokia 2300-ün yenilənmiş versiyası klassik versiyadakı görkəmini saxlayacaq. Yenilənmiş ekrana sahib olan modelin klaviaturası da yenilənəcək. Modelin bəzi görüntüləri internetə sızıb. Smartfonlardan fərqli olaraq “ağıllı olmayan” bu mobil telefon daha böyük olmaqla yanaşı, həm də rəngli ekrana və arxa kameraya malikdir. Nokia 2300-ün 2,4 düymlük ekran, QVGA kamera, 1000 mAh batareya və 4 MB daxili yaddaşa sahib olacağı deyilir.

Qeyd edək ki, ilk dəfə 2003-cü ildə satışa çıxarılan Nokia 2300 modeli xüsusilə Çin, Hindistan və Rusiya kimi ölkələrdə maraqla qarşılanıb.

Seçilən
52
1
metbuat.az

10Mənbələr