Gürcüstan parlamentinə seçkilərə bir gün qalmış rəsmi istirahət günüdür.İlin əsas hadisəsi - ölkənin ali qanunverici orqanına səsverməsinin başlanmasına getdikcə daha az vaxt qalıb.
Demək olar ki, bütün sözlər deyilib, bəyanatlar verilib, mitinqlər keçirilib, müşahidəçilər artıq məntəqələrdədir, komissiyalar bülletenləri qəbul edir. Gürcüstan gərginlik içində donub.
Gürcüstanda “exit-poll”arın nəticələri çox vaxt reallığa yaxın olur. Qanuna əsasən, seçki məntəqələri bağlandıqdan sonra, oktyabrın 26-da saat 20:00-da dərc oluna bilər. İlk rəsmi nəticələr isə şənbə günü saat 23:00-da bəlli olacaq.
- Hakim “Gürcü Arzusu” partiyasının əsas mesajı: “Sülh, milli kimlik, ənənəvi dəyərlər və iqtisadi inkişaf naminə”.- Müxalifətin ən çox danışdığı və bəyan etdiyi: “İnsanların qayğısına qalmaq, korrupsiya ilə mübarizə aparmaq, Avropa Birliyinə və NATO-ya üzv olmaq, ölkənin Rusiyanın təsiri altına düşməsinin qarşısını almaq”.
Bu arada hamı hazırlaşır. 25 oktyabr 2024-cü il, cümə günü Gürcüstanda istirahət günü elan edilib və dövlət qurumlarına şamil edilib. Bu, səsvermə gününə hazırlaşmalı olan məktəblərdə, uşaq bağçalarında və büdcə müəssisələrində seçki məntəqələrinin çox olması ilə əlaqədardır.