AZ

Bədənimizdəki ağrılar bizə nə deyir?- Psixoloq açıqladı

Emosional vəziyyətlərimizin fiziki sağlamlığımıza təsir etmək gücü heyrətamizdir. 
 
Bəs bədənimizdəki ağrılar bizə nə deyir?
 
Bu barədə Moderator.az-a danışan psixoloq Lamiyə Ağaqızı deyir ki,  zaman-zaman hər kəsdə bel, kürək , baş, ayaq ağrıları kimi narahatlıqlar olur:
 
"Bunların bəzilərinin tibbi izahı olsa da, bəzilərinin isə psixoloji vəziyyətimizdən qaynaqlanan tibbi izahı olmayan ağrılardır. Bəzən insan heç bir səbəb olmadan ağrı hiss edə bilər, bəzən ağrıya həddindən artıq və ya az reaksiya verə bilər və ya bəzən ağrıya səbəb olan fizioloji vəziyyət aradan qaldırılsa belə ağrı hiss olunmağa davam edə bilər. Bu növ ağrıya psixosomatik ağrı deyilir.
 
Psixoloq  qeyd edir ki, psixosomatik ağrılar fiziki olaraq hiss etdiyimiz, lakin tibbi ədəbiyyatda izahı olmayan xəstəliklərdir:
 
"Bədən ağrısı - zehni yorğunluğumuz bəzən özünü bədən ağrısı kimi göstərir. Zehni yorğunluqdan azad olmanın əsas yolu təmiz hava və yuxudur.
 
Bel ağrısı - Bel ağrısı ümumi bir problemdir və tez-tez stress və emosional gərginliklə əlaqələndirilir. Psixi yüklərimizi, qayğılarımızı kürəyimizdə daşıyırıq. Sağalmaq üçün emosional yüklərdən azad olmaq lazımdır.
 
Ürək xəstəliyi- Ürək xəstəlikləri bütün dünyada əsas ölüm səbəblərindən biridir. Tədqiqatlar göstərir ki, emosional stress, xüsusən də qəzəb və inciklik ürək xəstəliyi riskini artıra bilər. Qəlbini sağaltmaq üçün çəkdiyin ağrı və küskünlüyünü unutmalısan.
 
Həzm problemləri - Stress və narahatlıq kimi emosional vəziyyətlər, xüsusilə qıcıqlanmış bağırsaq sindromu kimi şərtlərdə həzm problemlərini pisləşdirə bilər.
Bağırsaqlarımızdakı bağırsaq sinir sistemini "ikinci beyin" kimi düşünə bilərik və duyğu vəziyyətləri həzm sistemimizi birbaşa təsir edə bilər. Sağalma prosesi zamanı daxili narahatlığı və qorxunu bir kənara qoyaraq hər şeyi öz axarına buraxmalısan.
 
Migren- Migren emosional stress kimi müxtəlif amillərlə tetiklənə bilir. Fiziki və emosional stress bu ağrılı baş ağrılarına səbəb ola bilər. Sağalma prosesi zamanı hiss etdiyiniz təzyiq və gərginliyi bağışlamaq vacibdir.
 
Hisslərimizə diqqət yetirərək və bağışlamağı təcrübə etməklə, fiziki xəstəliklərimizə təsir edə biləcək emosional yükləri azad etməyə başlaya bilərik".
 
Mehin Mehmanqızı
 
Seçilən
80
23
moderator.az

10Mənbələr