Baş DYP İdarəsi elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib.
Demedia.az İdarəyə istinadən xəbər verir ki, yol infrastrukturunun qorunması, təhlükəsizlik və digər tələblərin təmin edilməsi məqsədilə ümumi istifadədə olan avtomobil yollarında quraşdırılan elektron tərəzilərin bir qismi istifadəyə verilib.
İnzibati qanunvericilikdə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə - təkrar törədilmə halları da daxil olmaqla, fiziki şəхslərin iki yüz manatdan min iki yüz manatadək, vəzifəli şəxslərin min beş yüz manatdan iki min beş yüz manatadək, hüquqi şəxslərin isə dörd min manatdan yeddi min manatdək məbləğində cərimə edilməsi nəzərdə tutulub.