AZ

“Latsio”, “Tottenhem” və “Anderlext” itkisiz irəliləyir - ŞƏRH

Oktyabrın 23-24-də Avropa Liqasının (AL) əsas mərhələsində 3-cü tur keçirildi. 3 komanda növbəti qələbəsini qazandı, bir o qədər iştirakçı isə ardıcıl üçüncü dəfə məğlub oldu.

Təəssüf ki, vahid liqa mərhələsi yeganə təmsilçimiz üçün uğursuz davam edir. İlk turda Londonda “Tottenhem”dən 3 cavabsız top buraxan, 2-ci turda Bakıda “Malmö”yə uduzan (1:2) “Qarabağ” evdə “Ayaks”dan da xal ala bilmədi. Amsterdamlılara 0:3 hesablı məğlubiyyət Azərbaycanın son çempionunu turnir cədvəlində sonuncu - 36-cı yerə saldı... Ümumiyyətlə, cari mövsüm hələ ki postsovet məkanından olan komandalar üçün uğursuz keçir. İlk iki turda “Latsio”ya (0:3) və “Hoffenhaym”a (0:2) uduzan Kiyev “Dinamo”su İtaliyada “Roma”ya da boyun əydi. Maraqlıdı ki, romalılara qələbə gətirən yeganə qolu penalti ilə Dovbik vurdu. O, AL-də öz ölkəsindən olan komandanın qapısına yol tapan ilk ukraynalı oldu. “Qarabağ” kimi xalı olmayan “Dinamo” topların fərqinə görə 35-ci yerdədi. Əsas mərhələyə FKSB-yə 1:4 hesabı ilə uduzmaqla başlayan RFŞ növbəti oyunda “Qalatasaray”a qarşı əzmkarlıq göstərərək ilk xalını (2:2) qazanmışdı. Latviya klubu bu dəfə Frankfurtda “Ayntraxt”a bacardığı qədər müqavimət göstərdi, lakin matçın sonuna yaxın bir top buraxaraq məğlub oldu. RFŞ hazırda 31-ci yerdədi.

2-ci turdan sonra turnir cədvəlində 5 komandanın şərikli liderliyi formalaşmışdı. Ümumi liqada ardıcıl iki qələbə qazananlardan ikisi bu dəfə büdrədi. “Lion” Fransada “Beşiktaş”dan bir, FKSB isə Şotlandiyada “Reyncers”dən 4 cavabsız top buraxdı. Maksimum nəticə göstərənlərin sayı üçə endi. “Latsio” yenə topların daha yaxşı fərqinə əsasən 1-ci yerdədi. İtaliya klubu bu dəfə Niderlandda “Tvente”ni iki cavabsız qolla üstələdi. Nəticəyə təsir edən əsas fakt isə ev sahiblərinin qapıçısı Unnerştallın 11-ci dəqiqədə birbaşa qırmızı vərəqə alması oldu. Fasilə ərəfəsində hesabı açan Pedro bu mövsüm “qol+ötürmə” sistemi üzrə 4-cü xalını (3+1) topladı. Maraq üçün xatırladaq ki, təcrübəli ispaniyalı ötən mövsümü məhz 4 məhsuldar xalla başa vurmuşdu. 2:0 hesablı qələbə ilə zirvədə qalan “Latsio”nun baş məşqçisi ilə bağlı faktı da qeyd edək. Marko Baroni paytaxt klubunun tarixində avrokuboklarda ilk üç oyunda qələbə qazanan üçüncü baş məşqçi oldu. Ondan əvvəl belə göstəriciyə Dino Zoff ilə hazırda “İnter”i çalışdıran Simone İnzaqi imza atmışdı.

Əsas mərhələdə ardıcıl üçüncü qələbəsini qazanan digər klublar “Tottenhem” və “Anderlext”di. İngiltərə təmsilçisi cümə axşamı qeyri-optimal heyətlə evdə “Alkmaar”ı minimal hesabla məğlub etdi. Penaltini dəqiq yerinə yetirən London klubunun braziliyalı hücumçusu Rişarlison bu mövsüm ilk qolunu vurdu. “Anderlext” də azarkeşlərinə növbəti qələbənin sevincini yaşatdı. Belçika nəhəngi öz meydanında “Ludoqorets”i 2:0 hesabıyla məğlub edərək şərikli liderliyini davam etdirdi.

Diqqəti cəlb edən digər faktlar sırasında “Mançester Yunayted”in ardıcıl üçüncü dəfə rəqibi ilə heç-heçəyə razılaşmasını da qeyd edək. İngiltərə nəhəngi “Fənərbaxça”dan (1:1) bir xal alandan sonra cədvəlin 21-ci sırasındadı. “Portu” evdə “Hoffenhaym”ı 2:0 hesabıyla üstələməklə ilk qələbəsini qazandı. Almaniyalıların qapısından ikinci topu keçirən Omorodion 3-cü turdan sonra da bombardirlərin siyahısında liderliyini davam etdirdi. AL-də 4 qol vuran ispaniyalı hücumçunun cari mövsümdə bütün turnirlərdə meydana çıxdığı 8-ci oyunda qapıya bir o qədər yol tapdığını bildirək.

əsas mərhələ, 3-cü tur
Tvente (Niderland) - Latsio (İtaliya) 0:2

Pedro, 35. İsaksen, 87.
Latsio: Mandas, Maruşiç, Jiqo (Patrik, 77), Romanyoli, Luka Pelleqrini, Vesino (Rovella, 65), Dele-Başiru, Çauna (Xila, 89), Pedro, Zakkanyi (Kastelyanos, 65), Dia (İsaksen, 77).
Tottenhem (İngiltərə) - Alkmaar (Niderland) 1:0
Rişarlison, 53-p.
Tottenhem: Forster, Qrey, Drequşin, Devis, Udoci, Bentankur, Berqvall (Kulusevski, 73), Meddison (Sarr, 73), Mur (Odober, 87), Rişarlison (Solanke, 64), Verner (Conson, 46).

Ayntraxt (Frankfurt, Almaniya) – RFŞ (Latviya) 1:0
H.Larsson, 79.
Ayntraxt: Trapp, R.Kristensen, Kox, Tuta (Sxiri, 82), Nkunku, Dina Ebimbe (Knauff, 73), Amenda, Daud (H.Larsson, 46), Marmuş, Uzun (Ekitike, 67), Matanoviç (Baoyya, 73).
Atletik (İspaniya) - Slaviya (Çexiya) 1:0
N.Uilyams, 33.
Atletik: Aqirresabala, De Markos, Vivian, A.Paredes, Berçiçe, De Qalarreta (Xaureqisar, 77), Prados (A.Errera, 86), İ.Uilyams, Berenger (U.Qomes, 63), N.Uilyams (Sanset, 77), Quruseta (Calo, 63).

Portu (Portuqaliya) – Hoffenhaym (Almaniya) 2:0
Tyaqo Calo, 45+2. Omorodion, 75.
Hoffenhaym: Baumann, Şaves (Draksler, 79), Ştax, Nsoki, Jandre, Bişof, Qrilliç (Tohumcu, 70), Prass (Yurasek, 84), Kramariç, Qlojek (Tabakoviç, 70), Bruun Larsen (M.Berişa, 70).

Roma (İtaliya) - Dinamo (Ukrayna) 1:0
Dovbik, 23-p.
Roma: Svilar, Anxelinyo, Ermoso, Çelik, Ndika, Zalevski, Le Fe (Kristante, 53), Kone, Baldantsi (Dibala, 68), Pizilli (Lorenso Pelleqrini, 68), Dovbik (Şomurodov, 53).

Makkabi (Təl-Əviv, İsrail) - Real Sosyedad (İspaniya) 1:2
Turqeman, 82 - Paçeko, 19. S.Qomes, 64.
Real Sosyedad: Marrero, Aramburu (Elustondo, 75), Paçeko , Agerd, X.Lopes, Kubo (Barreneçea, 74), Turryentes (S.Qomes, 59), Subimendi, Mendes (Olasaqasti, 83), Oyarsabal (Beker, 58), Sadik.

Ferentsvaroş (Macarıstan) - Nitsa (Fransa) 1:0
Bombito, 15-öz qapısına.
Nitsa: Bulka, Mendi (Buanani, 74), Bombito, Abdelmonem, Kloss, Rosario, Budaui, Luşe (Abdi, 64), Diop (Boqa, 46), Lyabord (Mukoko, 64), Qessan (Şo, 64).

QARABAĞ (AZƏRBAYCAN) – Ayaks (Niderland) 0:3
Teylor, 36. Veqhorst, 74-p. Akpom, 77.

Anderlext (Belçika) - Ludoqorets (Bolqarıstan) 2:0
Edozi, 67. Dreyer, 90+4.

PAOK (Yunanıstan) - Viktoriya (Plzen, Çexiya) 2:2
Tissudali, 84. Baba, 90+3 – Qavel, 31. Vıdra, 39.

Fənərbaxça (Türkiyə) - Mançester Yunayted (İngiltərə) 1:1
Ən-Nəsiri, 49 – Eriksen, 15.

Lion (Fransa) - Beşiktaş (Türkiyə) 0:1
L.Fernandeş, 71.

Malmö (İsveç) - Olimpiakos (Yunanıstan) 0:1
Əl-Kaabi, 30.

Reyncers (Şotlandiya) – FKSB (Rumıniya) 4:0
Lourens, 10. Çernı, 31; 55. İqman, 72.

Midtüllann (Danimarka) - Yunion (Belçika) 1:0
Diao, 18.

Qalatasaray (Türkiyə) - Elfsborq (İsveç) 4:3
İkardi, 28. Pettersson, 39-öz qapısına. Yılmaz, 44. Akgün, 83 – Hult, 52. Baydu, 65-p. Y.Larsson, 90+2.

Braqa (Portuqaliya) - Bude/Qlimt (Norveç) 1:2
Nyakate, 64 – Evyen, 53. Nilsen, 90+4.

1. Latsio 3 3 0 0 9-1 9
2. Tottenhem 3 3 0 0 6-1 9
3. Anderlext 3 3 0 0 6-2 9
4. Ayaks 3 2 1 0 8-1 7
5. Qalatasaray 3 2 1 0 9-6 7
6. Ayntraxt F 3 2 1 0 7-4 7
7. Midtüllann 3 2 1 0 4-1 7
8. Atletik 3 2 1 0 4-1 7
9. Bude/Qlimt 3 2 1 0 5-3 7
10. Lion 3 2 0 1 6-2 6
11. Reyncers 3 2 0 1 7-4 6
12. Olimpiakos 3 2 0 1 4-2 6
13. FKSB 3 2 0 1 5-5 6
14. Fənərbaxça 3 1 2 0 4-3 5
15. Portu 3 1 1 1 7-6 4
16. Slaviya 3 1 1 1 3-2 4
17. Real Sosyedad 3 1 1 1 4-4 4
18. Hoffenhaym 3 1 1 1 3-3 4
19. Roma 3 1 1 1 2-2 4
20. Viktoriya P 3 0 3 0 5-5 3
21. Mançester Y 3 0 3 0 5-5 3
22. Elfsborq 3 1 0 2 6-7 3
23. Ferentsvaroş 3 1 0 2 3-4 3
24. Alkmaar 3 1 0 2 3-5 3
25. Malmö 3 1 0 2 2-4 3
26. Braqa 3 1 0 2 3-6 3
27. Beşiktaş 3 1 0 2 2-7 3
28. Tvente 3 0 2 1 2-4 2
29. Yunion 3 0 1 2 1-3 1
30. PAOK 3 0 1 2 3-6 1
31. RFŞ 3 0 1 2 3-7 1
32. Nitsa 3 0 1 2 2-6 1
33. Ludoqorets 3 0 1 2 0-4 1
34. Makkabi T-Ə 3 0 0 3 2-6 0
35. Dinamo 3 0 0 3 0-6 0
36. Qarabağ 3 0 0 3 1-8 0

Bombardirlər: Omorodion (Portu) – 4, Akgün (Qalatasaray), Əl-Kaabi (Olimpiakos) - 3.

Növbəti turun oyunları noyabrın 6-7-də keçiriləcək: Beşiktaş – Malmö, Bude/Qlimt – QARABAĞ, Ayntraxt F – Slaviya, FKSB – Midtüllann, Qalatasaray – Tottenhem, Elfsborq – Braqa, Nitsa – Tvente, Olimpiakos – Reyncers, Ludoqorets – Atletik, Yunion – Roma, Ayaks – Makkabi T-Ə, Alkmaar – Fənərbaxça, Dinamo – Ferentsvaroş, RFŞ – Anderlext, Viktoriya P - Real Sosyedad, Mançester Yunayted – PAOK, Latsio – Portu, Hoffenhaym – Lion.

Seçilən
82
3
football-plus.az

10Mənbələr