AZ

Gürcüstan müxalifəti yeni seçki tələb edir

Tbilisidə Gürcüstan müxalifətinin liderləri və tərəfdarlarının kütləvi saxtalaşdırma faktlarına görə parlament seçkilərinin nəticələrinin ləğv edilməsi tələbi ilə mitinqi keçirilib.

Yüzlərlə etirazçı ölkə parlamentinin binası qarşısında Rustaveli prospektini bağlayıb. Mitinqdə təkrar seçkilərin keçirilməsi çağırışı edilib. “Bizim tələbimiz yeni seçkilərin keçirilməsidir, ancaq onları beynəlxalq seçki administrasiyası keçirsin”, – “Birlik – Milli Hərəkat” assosiasiyasının nümayəndəsi Giorgi Vaşadze deyib.

Bundan əvvəl mitinqdə ölkə prezidenti Salome Zurabişvili çıxış edib. O, indi “məyusluq və istefa vaxtı deyil” və “indi çox sakit və məqədyönlü şəkildə səsimizi qorumaq vaxtıdır” – deyib. Prezident xarici liderlərlə məsləhətləşdiyini və aşkar edilmiş pozuntular barədə onlara məlumat verdiyini bildirib. Etirazçıların əllərində Gürcüstan, Ukrayna və Avropa İttifaqının bayraqları olub. Onlar Rusiya əleyhinə şüarlar səsləndiriblər.
Gürcüstanın qeyri-hökumət təşkilatları bu gün səhər saatlarında bildiriblər ki, seçkilər zamanı 192 seçki məntəqəsində pozuntular aşkar edilib və buna görə nəticələri ləğv edilməlidir. Bu da təxminən 300 min səs deməkdir.
Xatırladaq ki, oktyabrın 26-da keçirilən seçkilərin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası 53,9%, müxalifətin “Dəyişiklik Koalisiyası” 11%, “Vahid Milli Hərəkat2 10,2%, “Güclü Gürcüstan” 8,8%, “Gürcüstan üçün Qaxariya” ” – 7,8% səs yığıb. Bütün müxalifət partiyaları səsvermənin nəticələrini qəbul etməkdən imtina edib.

//Samir Qurbanov, Editor.az

Seçilən
66
50
editor.az

10Mənbələr