AZ

Bağçalarda çalışan tərbiyəçilərin diaqnostik qiymətləndirməsi... -Təhsil eksperti

İlk dəfə məktəbəqədər təhsil müəssisələrində 13 000 nəfər üçün diaqnostik qiymətləndirilmə keçirilib. Mərkəzləşmiş işə qəbulla təyin olunan tərbiyəçi-müəllimlərin diaqnostik qiymətləndirmə nəticələri digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir.                       
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən "Hesabat Brifinqi" zamanı deyib.
"2026-cı ilin sonunadək 17 min nəfər pedaqoji heyətin sertifikasiyaya cəlb edilməsi nəzərdə tutulub", - deyə o qeyd edib.

'Məktəb guşəsi'' saytının rəhbəri, təhsil eksperti Məzahir Məmmədli "Sherg.az"a açıqlamasında deyib ki, 2011-ci ildə bağçalarla bağlı xüsusi bir sərəncam imzalandı:

 "Qərara əsasən bütün bağçalar yerli icra hakimiyyətlərinin tabeliyinə keçdi. Bu da məktəbəqədər təhsil sisteminin tamam sıradan çıxarılmasına, qeyri-ixtisaslı şəxslərin bağçalara cəlb olunmasına və idarəetmənin itirilməsinə gətirib çıxardı. Yəni, bərbad bir vəziyyət yarandı. Lakin iki il bundan öncə, bağçaların yenidən Elm Təhsil Nazirliyinin tabeliyinə qaytarılması bu sahədə canlanma yaratdı. İndiki dövrdə müəllimlərin peşə səviyyəsini dəyərləndirmək üçün diaqnostik qiymətləndirmə, sertifikasiya imtahanları təşkil olunur. Hesab edirəm ki, bu addım bağçaların idarəolunmasına, uşaqların gələcək tədrisinə kifayət qədər əhəmiyyət verəcək. Bir sözlə, bununla müsbət nəticələr əldə edəcəyik. Nəzərə almaq lazımdır ki, bağçalarda çalışan tərbiyəçilərin diaqnostik qiymətləndirilməsi onların peşəkarlıq səviyyəsini yüksəltmək və məktəbəqədər təhsil müəssisələrinin keyfiyyətini artırmaq məqsədi daşıyır".
Seçilən
107
22
sherg.az

10Mənbələr