Qadın brilyant üzüyünü 30 saatdan çox zibilxanada axtarıb tapdı.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə Taylandda baş verib.
Əlini yumaq üçün brilyant üzüyünü çıxaran qadın onu bilmədən zibil qutusuna atıb. Qadın üzüyünü itirdiyini anlayanda artıq gec idi. Üzüyünü tapmaq istəyən qadın 28 hektarlıq zibilxanada axtarış üçün çoxlu işçi tutub. Uzun axtarışlardan sonra üzük tapılıb.
Qadın üzüyün 400 min baht ( təqribən 18 min manat) dəyərində olduğunu deyib.
Müəllif: Arzu