İtaliya A Seriyasının son qalibi "İnter" təcrübəli müdafiəçilər Françesko Açerbi və Matteo Darmianla müqaviləni uzadıb .
"Unikal" xəbər verir ki, milanlılar məlumatı rəsmi saytı vasitəsilə yayıblar.
Hər iki futbolçu ilə 2026-cı ilin yayına qədər müddətə yeni müqaviləsi bağlanıb. Sövdələşmələrin digər şərtləri açıqlanmayıb.
Açerbi 2023-cü ilin yayından, Darmian isə 2021-ci ilin iyulundan “neradzurri”nin şərəfini qoruyur. 36 yaşlı Françesko bu mövsüm 9 matçda 1 məhsuldar ötürmə edib. 34 yaşlı Matteo isə 10 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə diqqət çəkib.
Simone İnzaqinin komandası A Seriyasında ikinci pillədə qərarlaşıb. “İnter” oktyabrın 30-da “Empoli” ilə səfərdə üz-üzə gələcək.