Ermənistan Baş nazir Nikol Paşinyan gələn ay Macarıstana gedəcək.
Bu barədə Ermənistan hökumətinin mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.
Mətbuat katibinin sözlərinə görə, baş nazir noyabrın 7-də Budapeştdə keçiriləcək Avropa Siyasi Birliyinin V Sammitində iştirak edəcək.
Mənbə: yenisabah.az