AZ

Daha iki güləşçimiz dünya çempionu oldu

style='margin-bottom:10px;'>

Azərbaycanın daha iki yunan-Roma güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən dünya çempionatında qızıl medal qazanıb.

QOL.az xəbər verir ki, Nihat Məmmədli (63 kq) finalda qazaxıstanlı Yerjet Jarlikassiyə 6:1 hesabı ilə qalib gəlib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Ülvü Qənizadə isə (72 kq) həlledici görüşdə fransalı İbrahim Qanemi 3:2 hesabı ilə üstələyib və 1-ci yeri tutub.

Qeyd edək ki, bunadək Azərbaycanın digər yunan-Roma güləşçisi Eldəniz Əzizli yarışda qızıl medal qazanıb. O, karyerasında 4-cü dəfə dünya çempionu olub.

Seçilən
89
3
teleqraf.com

4Mənbələr