Mediasiya Şurası 2024-cü ilin üçüncü rübü üzrə fəaliyyət hesabatını təqdim edib. Hesabatda ümumilikdə 368 nəfər aktiv mediatorun fəaliyyəti barədə ətraflı məlumat verilib. Bu mediatorların 203-ü Bakı şəhərində, 7-si Naxçıvan Muxtar Respublikasında, qalan 158 nəfər isə digər inzibati rayonlarda çalışır.
QHT.az xəbər verir ki, hesabatda mediasiya təşkilatlarının iş prinsipləri, əlaqə vasitələri, mediatorlarla əmək və mülki müqavilə əsasında bağlanmış müqavilələr və əldə edilən barışıq sazişlərinin sayı kimi məlumatlar öz əksini tapıb. Mediasiya təşkilatlarına daxil olan işlər mübahisə növlərinə görə təsnif edilərək ictimaiyyətə təqdim olunub.
Bu hesabat, mediasiya xidmətlərinin fəaliyyətini və mediativ həllərin hüquqi proseslərdəki rolunu daha yaxşı anlamağa kömək edir.
Pərvanə Fərhadqızı