AZ

Demokratlar və Respublikaçılar bu məsələdə razılıq əldə etdilər: Məhəl qoymayacaqlar

Amerika Birləşmiş Ştatlarının Demokratlar və Respublikaçılar partiyaları ölkənin milli borcunun və büdcə kəsirinin həcminə məhəl qoymamaq barədə razılığa gəliblər.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, bu ilin sonuna ABŞ dövlət borcunun səviyyəsi ABŞ ÜDM-nin 121%-nə çatacaq. Üstəlik, 2029-cu ilə qədər ÜDM-in 131,7%-nə yüksələcək.

"ABŞ-ın iki əsas partiyası, milli fövqəladə vəziyyət olmadığı halda ölkənin İkinci Dünya Müharibəsi dövründəki borc səviyyələrinə və nəhəng illik kəsirlərinə məhəl qoymamağa razılaşıb”, - nəşr bildirib.

Seçilən
86
publika.az

1Mənbələr