AZ

Gürcüstan seçkilərinin nəticələri: Sülh, ənənə və milli dəyərlərə verilən dəstək – ŞƏRH - Vətən Naminə

">

Gürcü Arzusu Partiyasının ölkənin aparıcı siyasi qüvvəsi olduğunu təsdiqləyən bu seçkilər, Gürcüstanın millət olaraq birliyə, müsbət dəyişikliyə və stabilliyə olan öhdəliyini ortaya qoydu.

Gürcüstanda təxminən 300 min azərbaycanlı yaşayır və onların dəstəyi bu seçkilərdə mühüm rol oynadı. Azərbaycanlı seçicilər ümumi səs faizinin 7-8%-ni təşkil edərək, hakim partiyanın seçkidəki üstünlüyünü daha da gücləndirdilər. Bu nəticə, azərbaycanlıların Gürcüstanın siyasi arenasında vacib və həlledici potensiala malik olduğunu bir daha göstərdi. Onlar Azərbaycan dövləti və Prezidentinin regional siyasətini dəstəkləməklə yanaşı, Azərbaycan-Gürcüstan əlaqələrinin möhkəmlənməsinə töhfə verdilər.

Seçkilərin nəticələri Qərbin regionda münaqişələr yaratmaq siyasətinə qarşı Gürcüstanın milli müqavimətini göstərdi. Gürcüstan xalqı və soydaşlarımız milli dəyərlərə sadiq qalıb, ənənəvi dəyərləri qoruyaraq, Qərbin regionda ayrıcı xətlər yaratmaq siyasətinə qarşı çıxdılar. Bu seçkilər Azərbaycanın və Gürcüstanın Ermənistanın regionda yaratmaq istədiyi qarşıdurmaya qarşı ortaq mövqedən çıxış etdiyini təsdiqlədi.

Əgər nəticələr fərqli olsaydı, Gürcüstanın “Qərbin adamı” olan prezidentlə idarə olunması riski mövcud idi və bu, regionda yeni bir cəbhə açılmasına, bölgənin stabilliyinə ciddi təhlükə yaradacaqdı. Ancaq seçicilər sülh və əmin-amanlıq istiqamətində qərar verərək, Gürcüstan və Azərbaycanın birgə gücünü qorumağa səs verdilər.

Yeni inkişaf dövründə Gürcüstan hakimiyyətinin azərbaycanlıların yaşadığı bölgələrdə sosial-iqtisadi problemlərə daha çox diqqət ayıracağı gözlənilir. Hökumət bu bölgələrdə sosial layihələrə və iqtisadi inkişaf proqramlarına önəm verməklə, onların həyat şəraitini daha da yaxşılaşdırmağa çalışmalıdır.

Azərbaycanlılar Gürcüstanda mövcud şəraitin və ictimai stabilliyin qorunması istiqamətində böyük əhəmiyyət kəsb edən bir icmadır. Ümid edirik ki, Gürcüstanın hakim partiyası azərbaycanlıların həyat səviyyəsini yüksəltmək və onların sosial problemlərini həll etmək üçün effektiv tədbirlər görəcəkdir.

Tarix də göstərir ki, Azərbaycan və Gürcüstan birliyə sadiq qaldıqları zaman hər iki dövlət güclənir, milli maraqlarını müdafiə edir və beynəlxalq arenada vahid mövqedən çıxış edirlər. Bu əməkdaşlıq regionda sülhün, təhlükəsizliyin və inkişafın qorunmasına xidmət edir. Gürcüstanın soydaşlarımıza göstərdiyi dəstək, onların milli və mənəvi dəyərlərə sadiq qalaraq, ölkənin gələcəyinə olan inamını əks etdirir.

Beləliklə, bu seçkilər həm Gürcüstan, həm də Azərbaycan üçün ortaq dəyərlərin və möhkəm birliyin təntənəsini göstərdi. İnanırıq ki, qarşıdakı dövrdə Gürcüstan hakimiyyəti azərbaycanlı icmanın səsinə daha həssas yanaşacaq, onların sosial-iqtisadi problemlərinin həlli istiqamətində konkret addımlar atacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Seçilən
79
17
vetennamine.az

10Mənbələr