Dünyaca məşhur “One Direction” qrupunun üzvü, müğənnisi Liam Peynin Buenos-Ayresdəki hoteldə ölümü ilə bağlı sosial mediada yeni təfərrüatlar üzə çıxıb.
OLAY yazır ki, məlumatlara görə sənətçi intihar etməyib.
Belə ki, Peynin ölümündən əvvəl huşunu itirdiyi dəqiqləşib. Bundan əlavə, bu, axşam saatlarında iki dəfə baş verib: ölümündən az əvvəl o, hotelin foyesində yıxılıb.
“Eyvanda Liamın huşunu itirərkən göründüyü səhnənin mediaya yayılmayan kadrları var, əgər yaxınlıqda bir çarpayı olsaydı, onun üzərinə yıxılacaqdı”, - deyə gizli mənbə bildirib.
Bir neçə gün əvvəl sosial şəbəkədə hazırda həbsdə olan repçi və musiqi prodüseri Pi Diddinin (əsl adı Şon Kombs) Liam Peynin ölümündə əli olduğuna dair bir nəzəriyyə ortaya çıxıb.
İddialara görə, insan alveri və zorlama ittihamı ilə məhkəməsini gözləyən repçi musiqiçinin sirlərini ortalığa çıxarmasına bu yolla mane ola bilib.
Digər mənbənin fərziyyəsinə görə, 31 yaşlı Liam sevgilisi Keyt Kessidinin xəyanəti üzündən intihar edə bilər.
Bu fərziyyələr mətbuatda yer aldıqdan sonra Keyt sosial şəbəkədə təqiblərlə üzləşib.
Qeyd edək ki, oktyabrda Liam Peyn Argentinanın paytaxtında “Casa Sur Palmero” hotelinin otağının pəncərələri altında ölü tapılıb. Onun otağında polis, ehtimal ki, onları götürmək üçün nəzərdə tutulmuş bir çox növ qanunsuz maddələr və qurğular tapıb. Otaqda sınıq mebel və sınıq televizor da var idi. Bundan əlavə, sənətçinin ölümündən bir müddət əvvəl polis otelə gəlib: işçilərinə məlumat veriblər ki, otaqda narkotikin təsiri altında olan təcavüzkar bir adam var (Liam Peyni nəzərdə tutublar – red.)