Müəllif:Ayşən İmanova/Banco.az
“Xiaomi” rəsmi olaraq ən son “Snapdragon 8 Elite” çipi əsasında flaqman “Xiaomi 15 Pro” smartfonunu təqdim edib.
Banco.az xəbər verir ki, bu barədə “iXBT” portalı məlumat yayıb.
Smartfon 2K təsvir ölçülü 6,73 düymlük OLED ekrana, 120 Hz təzələnmə tezliyinə, 3200 nit pik parlaqlığa və əvvəlki versiya ilə müqayisədə düşməyə 25-30% daha davamlı olan Xiaomi Dragon Crystal Glass 2.0 temperli şüşəyə malikdir.
Ən güclü mobil çip olan yeni “Snapdragon 8 Elite” smartfonun performansına cavabdehdir və “Xiaomi 15” xətti bu aparatda ilk cihazdır. RAM 12 və ya 16 GB, daxili yaddaş isə 256 GB, 512 GB və ya 1 TB ola bilər.