Kişi voleybolçular arasında qarşıdakı Azərbaycan çempionatında kubalı legionerlərin sayı 3-ə yüksəlib.
İdman.biz xəbər veir ki, "Azadlıq adası"nın milli liqadakı növbəti təmsilçisi "Murov Az Terminal" ilə müqavilə imzalayan blokçu Xose Antonio Sandoval Roxasdır.
2019-cu ildən legioner həyatı yaşayan voleybolçu Yunanıstan, Kipr, Macarıstan və Çin çempionatlarında çıxış edib. Roxasın son klubu "Canqsu" olub.
Qeyd edək ki, daha əvvəl "Xilasedici" iki kubalı - hücumçular Luis Rodriges və Luis Enrike Reyesi heyətinə qatıb.
İdman.biz