AZ

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir

“YAŞAT” Fondu tərəfindən müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir.

2-ci qrup Vətən müharibəsi əlili Səfərli Xəyal Mübariz oğluna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin icbari tibbi sığorta üzrə xidmətlər zərfində yer almayan artrodez əməliyyatı icra edilib. Əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

“YAŞAT” Fondunun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının Hesabatlar (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.

Seçilən
45
5
veteninfo.az

7Mənbələr