AZ

RİNN-in dəstəyi ilə 11 azərbaycanlı gənc Rusiya Nəqliyyat Universitetində təhsil hüququ qazandı

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Rusiya Federasiyasının Nəqliyyat Nazirliyinin ayırdığı kvota əsasında Azərbaycan vətəndaşlarının 2024 – 2025-ci tədris ili üçün  Rusiya Nəqliyyat Universitetinə qəbulu üzrə layihə icra edib. 

Bu ilin fevral ayından start verilən layihə çərçivəsində təhsil təqaüd proqramının elan olunması, müraciətlərin qəbul edilməsi, universitetlə birgə test suallarının hazırlanması, onların tərcüməsi və moderasiya prosesi həyata keçirilib. 

Qəbul üçün 124 nəfər qeydiyyatdan keçib. Onlardan 70 nəfər test imtahanında iştirak edib. Növbəti mərhələyə keçən 46 namizədin hər biri ilə fərdi görüş təşkil olunub və yekun seçim edilib. 

Nəticədə 11 nəfər Rusiya Nəqliyyat Universitetinin Nəqliyyat proseslərinin texnologiyaları, Yerüstü texnoloji-nəqliyyat kompleksləri, Dəmir yollarının istismarı və Nəqliyyat tikintisi mühəndisliyi fakültələrinə qəbul olunub. Tələbələrdən 2-si spesialitet, 5-i bakalavr, 4-ü magistratura səviyyəsi üzrə təhsil almağa başlayıb.  

Nazirlik tələbələrə sənədlərin rəsmiləşdirilməsində, həmçinin onların Moskvaya getmələri və müvafiq prosedurlardan keçmələrində də dəstək göstərib. 

Seçilən
30
11
qaynarinfo.az

10Mənbələr