AZ

ABŞ-da rusiyalı jurnalistlər saxlanılıb

ABŞ hakimiyyət orqanlarının prezident seçkilərini işıqlandırmaq üçün bu ölkəyə gələn rusiyalı jurnalistlərin hava limanında saxlanması barədə Rusiyanın Vaşinqtondakı səfirliyinə məlumat verməyib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Sputnik” radiosuna açıqlamasında bildirib ki, “İzvestiya”nın operatorunun vizası “inzibati səbəblərə görə” ləğv edilib.

Diplomatın sözlərinə görə, təxminən bir gün əvvəl, ABŞ vaxtı ilə oktyabrın 29-na keçən gecə “İzvestiya”dan olan müxbirlər prezident seçkilərini işıqlandırmaq üçün ABŞ-a gediblər. “Onlar ora məxfi getməyiblər, verilən sənədlərə tam uyğun olaraq, bütün sənədlər paketi ilə ABŞ-a gediblər, - o deyib: Onları hava limanında qəbul edilib, saxlanılıb, sorğu-sual edilib, sonra isə qrupun operatoruna sərhədi keçmək icazəsi verilməyib. Bunun nə demək olduğu aydın deyil”. 

“Ancaq ABŞ administrasiyası Rusiya Federasiyası vətəndaşlarının saxlanması ilə bağlı Rusiya diplomatlarını, Rusiyanın Vaşinqtondakı səfirliyini xəbərdar etməyib”, - deyə o əlavə edib. 

 

P.ƏMİRCANOV

XQ

 

 

Seçilən
23
xalqqazeti.az

1Mənbələr