AZ

Gürcüstan prokurorluğu Zurabişvilini ifadəyə çağırıb

Gürcüstan prokurorluğu prezident Salome Zurabişvilini parlament seçkilərində qanun pozuntuları ilə bağlı iddiaları ilə bağlı ifadə çağırıb.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, prokurorluq hesab edir ki, dövlət başçısının əlində qanun pozuntularına dair sübutlar ola bilər. Ona görə də prokurorluq seçki saxtakarlığı ilə bağlı araşdırmaya başlayıb.

İstintaqın başlanmasına əsas Mərkəzi Seçki Komissiyasının müraciəti olub. Prezident Zurabişvilinin ifadə verməsi oktyabrın 31-nə təyin edilib.

Prokurorluq prezidentin, partiyaların və müşahidəçilərin səsləndirdiyi bütün faktları öyrənəcəyini və saxtakarlıqlar barədə məlumatı olan hər kəsi dindirəcəyini vəd edib.

Prokurorluq onu da qeyd edib ki, seçki yarışı zamanı və səsvermə günü fərdi qayda pozuntularına görə bir neçə cinayət işi araşdırılır.

Seçilən
40
ikisahil.az

1Mənbələr