AZ

Hazırda “Vosmoy” bazarındakı vəziyyət - Fotolarda

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonunda “Vosmoy” bazarı kimi tanınan “8-ci km Ticarət Mərkəzi”nin ətrafında küçə ticarətinin yığışdırılmasına başlanılıb.

Artıq ərazidə sonradan tikilmiş taxtadan olan köşk və piştaxtalar sökülüb. Küçə ticarətinin aparıldığı ərazinin təmizlənməsinə başlanılıb.

Öz mallarını daşımaqla məşğul olan obyekt sahibləri onlara əvvəlcədən söküntü ilə bağlı məlumat verilmədiyini bildiriblər. Mallarının yerdə qaldığını deyən satıcılar onları harada satacaqlarını bilmirlər.  

“Qafqazinfo”nun fotoqrafı Xəyal Vəlizadənin söküntü gedən ərazidən çəkdiyi fotoları təqdim edirik:















Seçilən
60
6
qafqazinfo.az

7Mənbələr