1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Gürcüstan Prokurorluğu mümkün seçki saxtakarlığı ilə bağlı araşdırmaya başlayıb.
Oxu.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.
Eyni zamanda, ölkə prezidenti S.Zurabişvili seçki saxtakarlığı ilə bağlı işlətdiyi ifadələrə görə prokurorluğa çağırılıb.
Qeyd edək ki, qonşu Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkisi hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının qələbəsi ilə başa çatıb.