Qadınlardan ibarət Portuqaliya yığmasının futbolçusu Diana Qomeş Avropa çempionatının pley-off mərhələsində Azərbaycan millisi ilə keçirilən cavab oyunu zamanı mükafatlandırılıb.
Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Portuqaliya Futbol Federasiyası 26 yaşlı yarımmüdafiəçiyə hədiyyə edib. Buna səbəb Qomeşin millidə 50-dən çox matçda iştirak etməsi olub. Ona hədiyyəni federasiyanın vitse-prezidenti Humberto Koelyo təqdim edib. Lakin futbolçu yığmamızla qarşılaşmanı ehtiyatdan izləyib.
Qeyd edək ki, Vizelada baş tutan matçda meydan sahibləri 4:0 hesablı qələbə qazanıb.