AZ

"Borussiya" kubokla vidalaşdı, bu futbolçunun getməsinə icazə verdilər

Almaniya Kubokunun 1/16 final mərhələsində dünən "Volfsburq"a uduzaraq (0:1) mübarizəni dayandıran Dortmund "Borussiya"sının rəhbərliyi cari mövsümün sonunda futbolçularından birinin komandanı tərk etməsinə icazə verib.

Fanat.Az-ın "SportBild"ə istinadən məlumatına görə, bu, yarımmüdafiəçi Yulian Brandtdır.

Mənbə "arılar"ın cari mövsüm qeyri-sabit oyun sərgiləməsindən narazı qalan idarəçilərin daha bir neçə oyunçunu satmaq haqda düşündüklərini vurğulayıb.
 
Brandt "Bayer Leverkuzen"in yetirməsidir. O, 2019-cu ildən Dortmund təmsilçisinin formasını geyinir. Orta xətt oyunçusunun klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub.

8 oyuna 13 xal toplayan "Borussiya" Bundesliqanın turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.

Nihat

Seçilən
50
fanat.az

1Mənbələr