AZ

I və II Liqa klublarının cəzaları açıqlandı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I Liqa və II Liqanın oyunları bağlı aşağıdakı qərarlar qəbul edilib:

I Liqada VI turun MOİK – “Karvan” oyununda “Karvan” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Karvan” komandası 70 manat cərimə edilir (maddə 37);

26 oktyabr 2024-cü il tarixində I Liqada VI turun “Qəbələ” – “İmişli” oyununda “Qəbələ” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Qəbələ” komandası 70 manat cərimə edilir (maddə 37);

26 oktyabr 2024-cü il tarixində I Liqada VI turun “Qəbələ” – “İmişli” oyununda “İmişli” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” komandası 70 manat cərimə edilir (maddə 37);

23 oktyabr 2024-cü il tarixində II Liqada VIII turun “Saatlı-Araz” – “Kür-Araz” oyununda “Saatlı-Araz” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Saatlı-Araz” komandası 70 manat cərimə edilir (maddə 37);

24 oktyabr 2024-cü il tarixində II Liqada VIII turun “Hypers Guba” – “Şahdağ Qusar” oyununun 88-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının 55 nömrəli futbolçusu Firuz Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Şahdağ Qusar” komandası 50 manat cərimə edilir (maddə 36.5);

24 oktyabr 2024-cü il tarixində II Liqada VIII turun “Hypers Guba” – “Şahdağ Qusar” oyununda “Hypers Guba” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Hypers Guba” komandası 150 manat cərimə edilir (maddə 52.2);

24 oktyabr 2024-cü il tarixində II Liqada VIII turun “Hypers Guba” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şahdağ Qusar” komandası 150 manat cərimə edilir (maddə 52.2);

Seçilən
37
1
futbolpress.az

6Mənbələr