AZ

Bir saatdan çox qulaqcıqdan istifadə etmək zərərlidir- Professordan XƏBƏRDARLIQ

Son zamanlar hər kəsin bağımlısı olan qulaqcıqlar artıq insan həyatının bir parçasına çevrilib. İnsanlar yatanda qalxanda, gəzəndə belə qulaqcıqlardan daim istifadə edirlər.  Qulaqcıqlar artıq dəbli aksessuara çevrilib, müasirliyin rəmzi sayılır.
Bəs qulaqcıqların qulaq sağlamlığımıza hansı mənfi təsirləri var?  

Sualımızı cavablandıran tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında qeyd etdi ki, müəyyən desibeldən yuxarı səslər qulaq üçün ziyanlıdır:

“Bu hətta qulaq pərdəsinin deşilməsinə və daxili qulağın zədələnməsinə qədər gətirib çıxarır. Lakin qulaqcıqlar qulağın aşağı hissəsinə yaxın məsafədən eşitmək üçün icad edilmiş texnologiyadır. Onlar icad edilən ilk vaxtlarda belə təlimatında yazılıb ki, 45 dəqiqə, 1 saatdan çox qulaqcıqdan istifadə etmək zərərlidir. Təəssüflər olsun ki, gənclər yol gedəndə, yatanda, saatlarla qulaqcıqlardan istifadə edirlər. Bu isə qulaqlara həddən artıq zərərdir. Ümumiyyətlə qulaqcıqdan uzunmüddət istifadə edən şəxslərin qulağında, başında küy əmələ gələ, vaxtından əvvəl skleroz inkişaf edə bilər. Ona görə də təlimatlara əməl edilməlidir. Çünki qulaqcıqdan həddindən artıq istifadə qulağın təbii funksiyasını pozur. Həmçinin uzunmüddət qapalı şəraitdə, qulaqcıq altında dinlənilən musiqi və ya səs qulağın xarici təsirlərə həssaslığını dəyişir. Bu isə bir müddət sonra fəsadlarını göstərir. Ona görə də gənclər deyilən təlimatları nəzərə almalıdırlar”.
Seçilən
80
sherg.az

1Mənbələr