Gürcüstan müxalifətini liderləri prezident Salome Zurabişviliyə seçki saxtakarlığı bəyanatı ilə bağlı izahat vermək üçün prokurorluğa getməməyi tövsiyə ediblər.
Oxu.Az bu barədə Gürcüstan mətbuatına istinadən xəbər verib.
"Biz müxalifət olaraq Gürcüstan Prokurorluğuna getmək fikrində deyilik, çünki ona etibar etmirik. Düşünürəm ki, prezident də prokurorluğa getməyəcək, lakin, hər bir halda, onun mənim məsləhətimə ehtiyacı yoxdur" - deyə Gürcüstan müxalifətinin liderlərindən biri Zurab Caparidze bildirib.