"Nyukasl" Tbilisi "Dinamo"sunun hücumçusu Vaxtanq Saliyanı transfer edib.
Publika.az xəbər verir ki, 17 yaşlı forvard 2025-ci ilin avqustunda, 18 yaşı tamam olanda İngiltərə komandasına qoşulacaq. Vaxtanq yaya qədər Gürcüstan klubunda qalacaq.
Saliya 2023-cü ilin noyabrında "Dinamo"da debüt edib. Bu mövsüm o, komandanın heyətində bütün yarışlarda 27 oyun keçirib və 5 qol vurub.