Bakı. Trend:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX)pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərinPOS-terminal deyil, kartdan-karta köçürmə ("Card to card")əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının qarşısınınalınması məqsədilə növbəti dəfə nəzarət tədbirlər keçirib.
Trend qurumaistinadən xəbər verir ki, son bir neçə gündə Bakıda iaşə vəpərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinəməxsus obyektlərdə keçirilmiş nəzarət tədbirləri zamanı onlardan54-də qanun pozuntularına yol verilməsi faktları aşkarlanıb.
"Nağdsız ödənişlərin qəbulu yalnız POS-terminal vasitəsiləhəyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbziilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim olunmalıdır.
Mövcud qanunvericiliyə əsasən, istehlakçılara elektron ödənişetmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşavəzifələrinə aiddir.
Vergi nəzarəti tədbirləri zamanı müəyyən edilən qanunpozuntuları protokollaşdırılır və belə obyektlərə qarşı maliyyəsanksiyaları tətbiq olunur.
Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsızödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər",- deyə məlumatda qeyd olunub.