Türkiyənin "Konyaspor" klubunun yeni baş məşqçisi bəlli olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, yeni baş məşqçi Konya təmsilçisi Recep Uçar olub.
Klub 49 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. O, bu postda Əli Çamdalını əvəzləyib.
Qeyd edək ki, "Konyaspor" hazırda Superliqada 11 xalla 11-ci pillədə qərarlaşıb.