İran hökuməti iPhone smartfonlarının idxalına qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, yaxın vaxtlarda onların ölkəyə gətirilməsi və qeydiyyatı ilə bağlı yeni prosedur hazırlanacaq. Bu barədə informasiya və kommunikasiya texnologiyaları naziri Səttar Haşimi məlumat verib: “Bu gün biz Nazirlər Kabinetindən məhdudiyyətlərin aradan qaldırılması üçün hüquqi razılıq ala bildik. “iPhone”ların idxalı ilə bağlı təfərrüatlar və qaydalar tezliklə açıqlanacaq”, – deyə Haşimi bildirib.
Vəli Həsənoğlu,
KONKRET.az