AZ

İran  iPhone telefonlarının  ölkəyə gətirilməsi qadağasını aradan qaldırıb

İran hökuməti iPhone smartfonlarının idxalına qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, yaxın vaxtlarda onların ölkəyə gətirilməsi və qeydiyyatı ilə bağlı yeni prosedur hazırlanacaq. Bu barədə informasiya və kommunikasiya texnologiyaları naziri Səttar Haşimi məlumat verib: “Bu gün biz Nazirlər Kabinetindən məhdudiyyətlərin aradan qaldırılması üçün hüquqi razılıq ala bildik. “iPhone”ların idxalı ilə bağlı təfərrüatlar və qaydalar tezliklə açıqlanacaq”, – deyə Haşimi bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
42
konkret.az

1Mənbələr