Əgər Gürcüstan prezidenti Salome Zurabişvili və digər müxalifətçilər mümkün seçki saxtakarlığı ilə bağlı prokurorluğa ifadə verməyə getməsələr, bu, onlar tərəfindən saxta ittihamlar irəli sürüldüyünün sübutu olacaq.
"İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
“Araşdırma aparılacaq. Əgər kiminsə hər hansı sübutu varsa, onu dövlət qurumlarına təqdim etmək lazımdır... Əgər onlar prokurorluqda görünməsələr, bu, onların seçkilərlə bağlı yalan ifadələr verməsinin sübutu olacaq”, – deyə, Kobaxidze bildirib.