Bəhreyndə keçirilən Gimnaziadada bədii gimnastika üzrə final yarışları keçirilir.
İdman.biz xəbər verir ki, hər 4 finalda Azərbaycan idmançıları Şəms Ağahüseynova və Sofiya Məmmədova qüvvələrini sınayırlar.
Məmmədova halqalarla final yarışında hakimlərdən 29.450 xal alaraq qalib olub. Ağahüseynova isə bürünc medal qazanıb (29.000).
Topla hərəkətlərdə Sofiya gümüş (28.050) medal əldə edib, Şəms isə 4-cü (27.400) olub.
Ağahüseynova lentlə hərəkətlərdə də fərqlənib. O, 27.350 xal toplayaraq gümüş mükafata layiq görülüb.
Beləliklə, finalların nəticələrinə əsasən, gimnastlarımız 4 mükafata sahib olublar: Məmmədova qızıl və gümüş, Ağahüseynova isə gümüş və bürünc.
Qeyd edək ki, bir gün əvvəl Şəms çoxnövçülükdə gümüş, Sofiya isə bürünc medala sahib çıxıb.
İdman.biz