AZ

İsmayıl Kartal Mourinyoya rəqib ola bilər!

Türkiyə çempionatından növbəti istefa xəbəri var.

Son turda səfərdə ''Qaziantep''ə 1:3 məğlub olan ''Konyaspor''da baş məşqçi Əli Çamdalı ilə yollar ayrılıb. Rəsmi açıqlama hələ verilməsə də, bu xəbəri klubun mətbuat katibi Nuri Kaymak təsdiqləyib.

Məşqçilik karyerasına yeni başlayan 40 yaşlı Çamdalı klubun başına bu ilin aprelində gətirilmişdi. Konya təmsilçisi onun dönəmində keçirdiyi 14 rəsmi oyundan 4 qələbə, 4 heç-heçə, 6 məğlubiyyətlə ayrılmış oldu. Komanda hazırda 11 xalla turnir cədvəlində 11-ci pillədədi. ''Ağ-yaşıllar'' artıq yeni namizədlərlə danışıqlara başlayıb. Namizədlər arasında Volkan Dəmirəl, Rəcəb Uçar, Sərgən Yalçın İsmayıl Kartal kimi mütəxəssislər var. Dəmirəl ilə Yalçın hazırda şərhçi kimi fəaliyyət göstərdiyindən onların təyinatı inandırıcı görsənmir. Kartal isə klubun başına keçəcəyi təqdirdə sabiq komandası ''Fənərbaxça''ya və Joze Mourinyoya rəqib ola bilər. Belə ki, bu komandaların yanvarın 2-də oyunu var.

Yerli məşqçilərdən başqa Kasper Yulmann və Qustavo Poyet kimi əcnəbi mütəxəssislər də namizədlər arasındadı. Bu arada ''Konyaspor''un ardından ''Bodrum''da da qısa müddət ərzində istefa yaşana bilər. Son turda ''Fənərbaxça''ya uduzan debütant ''Bodrum'' baş məşqçi İsmət Taşdəmir ilə yollarını ayırmağa hazırlaşır.

ƏLİ

Seçilən
76
football-plus.az

1Mənbələr