AZ

COP29-a görə xaricdən gələn qonaqlardan yayıla biləcək virus səbəbindən qrip əleyhinə peyvəndlər gətirilib

COP29 konfransı zamanı əgər qonaqlarda xəstəlik aşkarlanarsa, onlar profilaktik tədbir məqsədi ilə yoxlanışa alınacaq.

“İki sahil” xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Nadir Zeynalov Yeni klinikada COP29 çərçivəsində Tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, xaricdən gələn qonaqlardan yayıla biləcək virus səbəbindən ölkəyə qrip əleyhinə peyvəndlər gətirilib: "Bu addımı atmaqda məqsəd xidmət göstərəcək vətəndaşlarımızı həm qonaqlardan yoluxa biləcək xəstəliklərdən qorumaq həm də mövsumi qriplərdən qorumaqdır"

Cop29 çərçivəsində səhiyyə və qeyri səhiyyə olaraq ümumi 9 xəstəxana ayrılıb.

Seçilən
35
6
ikisahil.az

7Mənbələr