AZ

Romada ilk yemək faciə ilə bitdi - 14 yaşlı qız öldü, atası...

Romada 14 yaşlı britaniyalı qız ailəsi ilə getdiyi pizza restoranında yemək yedikdən təxminən 15 dəqiqə sonra anafilaktik şok keçirib. 

İtaliya mətbuatında çıxan xəbərlərə görə, gənc qızın tərkibində qurudulmuş fıstıq olan bir desert yediyi düşünülür.

News24.az xəbər verir ki, qız San Camillo xəstəxanasına çatdıqdan az sonra dünyasını dəyişib. 

Hadisə zamanı şokda olan atası da ürəyində problem olduğu üçün xəstəxanaya yerləşdirilib. 

Onu da qeyd edək ki, bunun ailənin Romada yediyi ilk yemək olduğu öyrənilib.

Britaniya səfirliyi hadisə ilə bağlı ailənin yanında olduqlarını və yerli hakimiyyət orqanları ilə əlaqə saxladıqlarını açıqlayıb. Restoranın qızın allergiyasından xəbəri olub-olmadığı hələlik bəlli deyil.

Günel Məlikzadə

Seçilən
87
news24.az

1Mənbələr