“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç Ağdam təmsilçisinin heyətində 100-cü oyununu keçirməsinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, 29 yaşlı monteneqrolu futbolçu şəxsi "Instagram" hesabında belə yazıb:
“Gələcək üçün çox həyəcanlıyam. Bu, zirvələr, çətinliklər və unudulmaz anlarla dolu inanılmaz səyahətdir. Ən böyük dəstəkçim olan ailəmə və dostlarıma təşəkkür edirəm. Komanda yoldaşlarım, məşqçilərim, klubda işləyən, daha əvvəl burada çalışmış insanlar və azarkeşlər məni daha yaxşı olmağa sövq etdilər. Dəstəyiniz üçün minnətdaram. Artıq daha çox məqsədə, qələbəyə, yeni çağırışlara, titullara və inanılmaz anlara köklənəcəyik”.
Qeyd edək ki, “Şamaxı”ya 3:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XI turunun matçı Marko Yankoviç üçün əlamətdar olub. Monteneqrolu oyunçu çempionatda 53 (3 qol), ölkə kubokunda 8 (1 qol), avrokuboklarda 39 (3 qol) matça çıxıb.