AZ

Əsabəli Mustafayev xəstəxanadan çıxdı: Vəziyyəti necədir?

Tanınmış vəkil Əsabəli Mustafayev xəstəxanadan evə buraxılıb.

Bu barədə Qaynarinfo-ya açıqlamasında vəkilin həyat yoldaşı Zemfira Mustafayeva məlumat verib. 

Onun sözlərinə görə, vəkilin səhhəti yavaş-yavaş qaydasına düşür:

"Amma hələ nitqində problemlər var. Müalicə davam edir. Həkimlər deyir ki, nitqi zamanla bərpa olunacaq".

Qeyd edək ki, tanınmış vəkil Əsabəli Mustafayevin səhhətində problemlər yaranıb. Sumqayıt 2 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən vəkilə üçüncü dəfə insult diaqnozu qoyulub.

Bahar Rüstəmli
Seçilən
39
2
qaynarinfo.az

3Mənbələr